Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızlar, belə kişilərlə ailə qurmayın'' - Xalq artisti - FOTO

''Qızlar, belə kişilərlə ailə qurmayın'' - Xalq artisti - FOTO

Tarix: 14 Iyun 2020 18:24

Qızlar, şərəfsizlərlə ailə qurmayın. Onların hansı psixologiyaya aid olduğunu bilmədən özünüzə yaxın buraxmayın.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə yazıb. Aktrisa "15 yaşında qaçırtdı, 9 il sonra yandırdı" başlıqlı yazını paylaşaraq qızlara səslənib:

"Ən əsasə isə oğlanı əsəbiləşdirin, onda bütün paxırları açılacaq. Dünya yaranandan qadınlar zorakılığa məruz qalıblar. Əvvəllər qadınlar hər zülmə tabe olurdular, müasir zaman isə onların gözünü açdı. Başa düşdülər ki, cinsiyyətindən asılı olmayaraq hamı eyni hüquqa malikdir. Əks cinsin bəzi cahil, nankor (qeyrətli oğullarımızı çıxmaq şərti ilə) nümayəndələrinin bu xoşuna gəlmir. Onların xəyanəti, şərəfsizliyi qadın tərəfindən rədd edildikdə onlardaki "kişi" eqosu tab gətirmir və belə hərəkətlərə əl atırlar. Bəli, qanunları kişilər yazır (hətta yazılmamışları da). Amma nəzərinizə çatdırım ki, Allah qadını kişiyə əmanət verib. Siz bu əmanətə xəyanət etmisiniz".


Etiketlər:  Qızlar belə kişilərlə ailə qurmayın Xalq artisti FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ