Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

SpaceX 60 yeni Starlink peykini kosmosa çıxardı

SpaceX 60 yeni Starlink peykini kosmosa çıxardı

Tarix: 14 Iyun 2020 20:36

SpaceX şirkətinin hər yerə internet xidməti təqdim etmək üçün başlatdığı Starlink layihəsi, daha bir uğurlu missiyanı həyata keçirdi. Bu dəfə 60 yeni Starlink peyki orbitə çıxarıldı.

SpaceX, keçən həftə kosmosa insan çıxarmaqla əhəmiyyətli bir müvəffəqiyyət əldə etdi. Şirkət bu tarixi uğurdan sonra, yeni bir missiyanı da uğurla tamamladı. Daha əvvəl kosmosa göndərilən peyklərlə birlikdə cəmdə 482 peyk orbitdə yerləşmiş oldu. Raketləri kosmosa daşıyan Falcon 9 raketi isə uğurlu halda dünyaya geri dönməyi bacardı

SpaceX, hər ay nizamlı olaraq göndərməyi planlaşdırdığı peykləri bütün dünyaya internet xidməti təqdim etmək üçün istifadə edəcək. Maskın planına görə önümüzdəki aylarda beta distributivinin başlaması gözlənilən Starlink layihəsi, geniş bir əhatə sahəsi ilə xidmət etməsi üçün 800 peykə ehtiyac duyur. Şirkətin planlarında isə daha çox Starlink peykini kosmosa çıxarmaq durur.

SpaceX, gələn 7 il ərzində 12 min Starlink peykini orbitdə yerləşdirməyi hədəfləyib. İnternet xidmətinin olmadığı yerlərdə belə kosmosdan internet təqdim edəcək şirkət, bu sayədə bütün dünyaya ucuz və sürətli internet təqdim edəcək.

Milli.Az


Etiketlər:  SpaceX 60 yeni Starlink peykini kosmosa çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ