Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Hello Masks” - Alimlər şəffaf tibb maska icad etdi

“Hello Masks” - Alimlər şəffaf tibb maska icad etdi

Tarix: 15 Iyun 2020 16:40

İsveçrənin Materialşünaslıq və texnologiyalar federal laboratoriyasının alimləri rahat nəfəs almağa imkan verən şəffaf tibb maskaları icad ediblər.

Sonxeber.net Modern.az-a istinadən xəbər verir ki, alimlər bu maskaları həkimlərin üzü görünsün deyə, xəstəxanada istifadə üçün nəzərdə tutublar.

"Hello Masks" adlanan ixtira orqanik biokütlədən - çoxsaylı polimer lifli ultranazik saplardan hazırlanıb. Onlar havanı adi maskalardan heç də pis keçmirlər və bundan başqa şəffaf maskalar təkrar istifadəyə yararlıdırlar.

Elm adamları yeni məmulat üzərində iki ildir ki, işləyirlər. Onların fikrincə, adi maskalar həkimlərin üzünü gizlədir və onların xəstələr ilə ünsiyyətini çətinləşdirir. Bu da öz növbəsində pasiyentin həkimə etibar göstərməsinə mane olur.

Şəffaf maskalar həm də, eşitməsi zəif olan xəstələrə də kömək edəcək. Onlar həkimləri görünən mimikaları vasitəsilə anlayacaqlar. Alimlər öz startaplarını qeydiyyatdan keçiriblər və artıq 2021-ci ildə bu unikal maskaların xəstəxanalarda istifadə ediləcəyinə ümid edirlər.                


Etiketlər:  Hello Masks Alimlər şəffaf tibb maska icad etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ