Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəbiyev ikinci qolunu vurdu

Nəbiyev ikinci qolunu vurdu

Tarix: 15 Iyun 2020 22:14

Çexiya 2-ci liqasında 23-cü tura yekun vurulub.

Qol.az xəbər verir ki, bu gün gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” doğma meydanda Trineç"lə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib.

F.Nəbiyev start heyətdə meydana çıxıb və 59-cu dəqiqədə əvəzlənib. O, 2-ci dəqiqədə komandasının ilk qolunu vurub. Bu, onun bu mövsüm çempionatdakı 2-ci qolu olub.

Bu qələbə ilə xalını 41-ə yüksəldən “Viktoriya Jijkov” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 


Etiketlər:  Nəbiyev ikinci qolunu vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ