Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''dan ayrıldıqdan sonra karyeramı bitirməyi düşünürdüm''

''Qarabağ''dan ayrıldıqdan sonra karyeramı bitirməyi düşünürdüm''

Tarix: 13 Iyun 2019 11:28

"Özümə də maraqlı idi ki, görəsən, karyeramı bitirim, yoxsa oynamağa davam edim. Çünki futbolla bağlı başqa maraqlı təkliflərim var idi".

Qol.az xəbər verir ki, bu sözləri mövsümün sonunda "Qarabağ"dan ayrılan Yakub Jezniçak Polşa mətbuatına açıqlamasında deyib. Dünən Plotsk "Visla"sı ilə müqavilə bağlayan 32 yaşlı müdafiəçi sabiq klubu "Legiya"ya qayıtmamasının səbəbini açıqlayıb:

"Mənim də ümidim var idi ki, yenidən "Legiya"da oynayacağam. Məsələ 50/50-yə idi. Mən istəyirdim, görünür, onlar istəmədilər (gülür)".

2017-ci ilin yayında "Qarabağ"a gələn polşalı futbolçu həmin vaxt bu qərarının yerli ictimaiyyət tərəfindən təəccüblə qarşılandığını söyləyib: "Çoxları düşünürdü ki, yanlış seçim etmişəm və Azərbaycan futbolunda heç nə yoxdur. Amma reallıq göstərdi ki, orada vəziyyət daha yaxşıdır. "Qarabağ"da özümü əla hiss edirdim".

Jezniçak 2 illik "Qarabağ" karyerasından sonra futbolla vidalaşmaq istədiyini də istisna etməyib: "Azərbaycandan Polşaya qayıtdıqdan sonra karyeramı bitirmək barədə ciddi fikirləşirdim. Ancaq veteran futbolçularla söhbətlər məni fikrimdən daşındırdı. Onlar deyirlər ki, bacardığın qədər oyna, çünki bir də bu hissləri yaşamayacaqsan".

 


Etiketlər:  Qarabağdan ayrıldıqdan sonra karyeramı bitirməyi düşünürdüm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ