Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 07:04
İnsayderlərin verdikləri məlumatlara əsasən qatlana bilən Galaxy Fold 2 smartfonu yay fəslinin sonunda təqdim olunacaq. Bu səbəbdən internetdə sözügedən smartfon barəsində məlumatlar ortaya çıxmağa davam edir. Yeni məlumat sızıntısında isə Galaxy Fold 2-nin sahib olacağı ekranların özəllikəlri əks olunublar. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə internetdə ortaya çıxmış fotoya əsasən Galaxy Fold 2 smartfonu 7.7 düym əsas ekrana sahib olacaq və ekran 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
Bundan əlavə olaraq smartfonun ekranı Ultra Thin Glass qoruyucu örtüyü ilə əhatə olunacaq. Smartfonun ikinci ekranı isə 6.23 düym olacaq. Lakin əsas ekrandan fərqli olaraq ikinci ekran 60 Hz-lik tsvir yenilənməsini dəstəkləyəcək. Yeni məlumat sızıntısında Galaxy Fold 2-nin güman olunan təqdimat tarixi də əks olunub. Beləliklə məlumata əsasən sözügedən smartfon 20 avqust tarixində Galaxy Note 20 seriyası ilə birlikdə təqdim olunacaq.