Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” Dabonu alacaqmı?

“Qarabağ” Dabonu alacaqmı?

Tarix: 16 Iyun 2020 12:12

“Neftçi”nin hücumçusu Baqali Dabonun “Qarabağ” forması ilə vidosunun paylaşılması müzakirələrə səbəb olub.

Bundan sonra fransalı futbolçunun yayda Ağdam klubuna keçəcəyinə dair fikirlər də yaranıb. Hazırda “Qarabağ”ın hücumçuya ehtiyac olması bu ehtimalları daha da gücləndirib.

Bəs, Ağdam klubu Dabo ilə hər hansı bir danışıq aparıbmı?

Qol.az-ın əldə etdiyi xəbərə görə, tərəflər arasında bununla bağlı hər hansı müzakirə, dialoq olmayıb. Ümumiyyətlə, Dabonun “Qarabağ”a keçəcəyinə dair bir faiz belə ehtimalın olmadığı, Ağdam klubunun başqa hücumçu axtardığı bildirilib.

Qeyd edək ki, “Neftçi” futbolçunun xanımı tərəfindən belə bir videonun yayılmasına etiraz edib. "Neftçi” PFK-nın rəhbərliyi Baqali Dabonun davranışından xəbərdardır və onun qəbuledilməz davranışına görə müvafiq tədbirlər görəcək. Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək” – deyə klubun yaydığı açıqlamada qeyd olunub.

 


Etiketlər:  Qarabağ Dabonu alacaqmı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ