Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 15:22
Bakı. Samir Əli - Trend:
COVİD-19 pandemiyası dövründə Neftçalada karantin qaydalarına riayət edilməsi nəzarətdə saxlanılır.
Trend-in məlumatına görə, bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov keçirdiyi onlayn mətbuat konfransında bildirib.
O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində rayonda yoluxma səviyyəsi aşağıdır: "Həyata keçirilən tədbirlərlə əhali arasında maarifləndirmə tədbirləri gücləndirilib. Rayon İcra Hakimiyyəti daha çox onlayn prosedurlara üstünlük verib. İstər məktəblərdə, istərsə də bağçalarda onlayn tədris həyata keçirilib".