Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 16:02
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində karantin rejiminin pozan sürücülərin sayını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, BDYPİ-dən Trend-ə verilən məlumata görə, 14.06.2020-ci il saat 00:00-dan 16.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.