Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rumıniyalı hücumçu ''Qalatasaray''dan ayrıldı

Rumıniyalı hücumçu ''Qalatasaray''dan ayrıldı

Tarix: 16 Iyun 2020 21:28

“Qalatasaray”ın hücumçusu Florian Andone klubdan ayrıldığını açıqlayıb.

Qol.az xəbər verir ki, rumıniyalı futbolçus şəxsi İnstaqram hesabında bununla bağlı paylaşım edib. İstanbul klubunda hədəflərinə çatmadığı üçün üzüldüyünü bildirən 27 yaşlı forvard azarkeşlərlə vidalaşıb.

Andone müqavilə ilə İngiltərənin “Brayton” klubuna məxsusdur və ötən ilin sentyabrından “Qalatasaray”da icarə əsasında çıxış edir. Onun “cim-bom”la sözləşməsi iyulun 26-na qədərdir. 

“Qalatasaray”da 12 oyuna 2 qol vuran futbolçu Superliqanın son turunda “Rizəspor”la görüşdə zədələnib və mövsümün sonuna qədər oynaya bilməyəcəyi açıqlanıb.
 


Etiketlər:  Rumıniyalı hücumçu Qalatasaraydan ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ