Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Brayan Huk: İrana qarşı silah embarqosu müddətsiz olmalıdır

Brayan Huk: İrana qarşı silah embarqosu müddətsiz olmalıdır

Tarix: 17 Iyun 2020 07:28

Bakı. Trend:

Vaşinqton hesab edir ki, İrana qarşı silah embarqosu müddətsiz olmalıdır.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk videoəlaqə vasitəsi ilə Xarici Əlaqələr üzrə Şuranın mütəxəssisləri qarşısında çıxışı zamanı deyib.

B.Huk bildirib: "İranın hərəkətlərini nəzərə alaraq hesab edirik ki, düzgün yanaşma embarqonun bitəcəyi vaxtın müəyyən edilməməsidir".

Xatırladaq ki, may ayında ABŞ-ın BMT yanında daimi nümayəndəliyi BMT Təhlükəsizlik Şurası tərəfindən İrana qarşı sanksiyalar vasitəsi ilə təzyiqin gücləndirilməsinin zəruriliyi barədə bəyanat yayıb. Bəyanatda həmçinin bildirilir ki, ABŞ İrana qarşı oktyabrın 18-i bitəcək silah embarqosunun müddətinin uzadılmasına nail olmaq niyyətindədir.


Etiketlər:  Brayan İrana qarşı silah embarqosu müddətsiz olmalıdır


RƏYLƏR