Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Miqrasiya Məcəlləsində dəyişiklik edilib

Miqrasiya Məcəlləsində dəyişiklik edilib

Tarix: 17 Iyun 2020 18:03

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, Məcəllənin 38.6-cı maddəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilir:

"Birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciət qəbul edildikdən sonra ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahıları üzrə yoxlama aparılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza verilir".


Etiketlər:  Miqrasiya Məcəlləsində dəyişiklik edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ