Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“WhatsApp” messencerində elektron ödənişlər funksiyası əlçatan olub

“WhatsApp” messencerində elektron ödənişlər funksiyası əlçatan olub

Tarix: 18 Iyun 2020 07:12

ABŞ-ın "Facebook" şirkəti "WhatsApp" messencerində pulköçürmələri xidmətini istifadəyə verib. Bu haqda sosial şəbəkədə öz səhifəsində şirkətin direktoru Mark Zukerberq məlumat verib.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni funksiya hələ ki yalnız braziliyalı istifadəçilərə əlçatandır. "Mastercard" ödəmə sistemini dəstəkləyən "Nubank" və "Sicredi" bank kartlarının sahibləri ölkədə yeni xidmətin üstünlüklərini qiymətləndirən ilk şəxslər olublar. Məlumdur ki, yeniliyin köməyilə kiçik müəssisələr messencer üzərindən öz satışlarını həyata keçirə biləcəklər.

Yeni funksiya pulköçürmələrinin təhlükəsizliyini təmin edən "Facebook Pay" ödəmə sistemi sayəsində reallaşdırılıb. Sözügedən ödəmə sistemi 2019-cu ilin noyabrında sosial şəbəkədə istifadəyə verilib. Həmçinin Zukerberq bir sıra tərəfdaşlara təşəkkür edib.


Etiketlər:  WhatsApp messencerində elektron ödənişlər funksiyası əlçatan olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ