Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə Premyer Liqasının oyunları bərpa olunub

İngiltərə Premyer Liqasının oyunları bərpa olunub

Tarix: 18 Iyun 2020 08:30

İyunun 17-də koronavirus pandemiyasına görə dayandırılan futbol üzrə İngiltərə Premyer Liqası bərpa edilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 29-cu turun təxirə salınmış görüşlərinin iki oyunu keçirilib.

Son çempion "Mançester Siti" öz meydanında "Arsenal" komandasını qəbul edib.

Görüş Mançester təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Şəhərlilər"in heyətində Rahim Sterlinq (45), Kevin de Brüyne (51) və Fil Foden (90) fərqləniblər. Qarşılaşmanın 50-ci dəqiqəsində "Arsenal" klubunun müdafiəçisi David Luiz qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra xal ehtiyatını 60-a çatdıran "Mançester Siti" turnir cədvəlində ikinci, "Arsenal" isə 40 xalla 9-cu yerdə qərarlaşıb.

Günün digər oyununda "Aston Villa" öz meydanında "Şeffild Yunayted" komandasını qəbul edib. Görüşdə qalib müəyyənləşməyib - 0:0

Qeyd edək ki, İngiltərə Premyer Liqasının 30-cu turunun oyunlarına iyunun 19-da start veriləcək.

Milli.Az


Etiketlər:  İngiltərə Premyer Liqasının oyunları bərpa olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ