Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 15:10
"Barselona"nın futbolçuları Frenki de Yonq, Serxi Roberto və Samuel Umtiti La Liqanın 30-cu turunda "Sevilya" ilə oyunu buraxacaqlar.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Yonq və Roberto zədə səbəbindən, Umtiti isə cəzalı olduğu üçün sözügedən matçda iştirak etməyəcəklər. Zədəli oyunçuların bu gün fərdi qaydada məşq etdiyi vurğulanıb.
Qeyd edək ki, "Sevilya" - "Barselona" oyunu sabah keçiriləcək.