Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İyunun 20-də AZAL Naxçıvana iki əlavə reys yerinə yetirəcək

İyunun 20-də AZAL Naxçıvana iki əlavə reys yerinə yetirəcək

Tarix: 18 Iyun 2020 21:42

Bakı. Trend:

İyunun 20-də "Azərbaycan Hava Yolları" tərəfindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə əlavə reyslər yerinə yetiriləcək.

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, həmin reyslərə yalnız Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyində qeydiyyatdan keçən sərnişinlər buraxılacaq.

Nümayəndəliyin tərtib etdiyi siyahıya əsasən çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradaraq aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edəcəklər, həmçinin iyunun 19-da gün ərzində hansı ünvanda COVID-19 üçün müayinədən keçməyin mümkün olduğu barədə məlumat verəcəklər.

Yeni qaydalara uyğun olaraq AZAL-ın reyslərinə yalnız Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyalarda koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılır. Naxçıvana və ya Naxçıvandan səfər edən sərnişinlər üçün müayinə ödənişsizdir.

Hazırkı şərtlərə əsasən Naxçıvana yerinə yetirilən reyslərə aviabilet satışı Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən sərnişinlərin nə əsasən həyata keçirilir. Təsdiq edilmiş siyahı daxil olduqdan sonra aviaşirkətin çağrı mərkəzinin əməkdaşları sərnişinlərlə əlaqə yaradır və aviabiletin dəyərinin ödənilməsi qaydasını izah edirlər.

Bir daha xatırladırıq ki, qeyd edilən iki əlavə reysə sərnişinlər Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyi tərəfindən təqdim edilən siyahıya əsasən buraxılacaqlar.


Etiketlər:  İyunun 20 AZAL Naxçıvana iki əlavə reys yerinə yetirəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ