Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Google Duo bu funksiyanı bərpa edir

Google Duo bu funksiyanı bərpa edir

Tarix: 18 Iyun 2020 21:48

Google-un 2018-ci ildə təqdim edilən tətbiqi Google Duo ekran paylaşımı funksiyasını bərpa edir.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, 9To5Google tərəfindən hazırlanan təhlilə görə tətbiqin 92 nömrəli versiyasının kodlarında bəzi yeni butonlar var. Bu butonlar ekran paylaşımı xüsusiyyətini açıb-qapamağı təmin edir. Butonlardan əlavə, tətbiq arxa planda ikən ekrana xəbərdarlıq göndərən bildirişin kodları da sızdırılıb.

Qeyd edək ki, tətbiqin 2018-ci ildəki versiyasında bənzər funksiya vardı. Hazırda isə sözügedən funksiya aktiv deyil və bərpası üzərində iş gedir.

Yeni xüsusiyyət işləri xeyli asanlaşdıracaq. Bir çox tətbiqdə olmasına rəğmən Duo-da ləğvi kifayət qədər ciddi çatışmazlıq idi.


Etiketlər:  Google funksiyanı bərpa edir


RƏYLƏR