Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 08:21
Çin alimləri uşaqlarda COVID-19-un əsas simptomlarını aşkar edib.
Sonxeber.net xəbər verir ki, onların arasında - qızdırma, ishal, qusma və ağır öskürək gəlir. Tədqiqatın nəticələri "PLOS Medicine" jurnalında dərc olunub.
Mütəxəssislər 27 yanvar - 23 fevral arasında Çindəki dörd xəstəxanada koronavirus infeksiyası olan 34 xəstənin klinik məlumatlarını toplayaraq təhlil edib. Xəstələr xəstəliyin ilkin şikayətlərini və gedişatını izah edib.
Böyüklərdən fərqli olaraq uşaqlarda yüksək temperatur, qusma və ishal, həmçinin ağır öskürək müşahidə olunub. Eyni zamanda, yetkinlik yaşına çatmayan uşaqlarda ağciyər zədələnməsinin və COVID-19-un ağır gedişatının daha az yayıldığı müəyyənləşib.
Alimlər azyaşlı xəstələrin spesifik klinik xüsusiyyətlərinə daha çox diqqət yetirməyi məsləhət görüb. Tədqiqatda koronavirusun uşaqlardan böyüklərə ötürülməsinə dair birbaşa sübut olmadığı, ancaq epidemiya ilə mübarizə üsulları hazırlanarkən bu riskin nəzərə alınmalı və ailə səviyyəsində profilaktik tədbirlərin görülməli olduğu qeyd edilib. (publika.az)