Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Arzu Nağıyev: Milli Məclisin beynəlxalq əlaqələr sahəsində gördüyü işlər çox mühüm və təqdirəlayiqdir

Arzu Nağıyev: Milli Məclisin beynəlxalq əlaqələr sahəsində gördüyü işlər çox mühüm və təqdirəlayiqdir

Tarix: 19 Iyun 2020 14:06

Milli Məclisin beynəlxalq əlaqələr sahəsində gördüyü işlər çox mühüm və təqdirəlayiqdir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin bu gün keçirilən növbədənkənar iclasındakı çıxışında deyib.

A.Nağıyev qeyd edib ki, parlament sədrinin təşəbbüsü ilə ilk dəfə Milli Məclisdə beynəlxalq parlament təşkilatları üzrə nümayəndə heyətlərinin rəhbərləri ilə onlayn görüş keçirilib:

"Videokonfrans formatında baş tutan görüş beynəlxalq fəaliyyətin daha səmərəli həyata keçirilməsi və heyətlər arasında əlaqələndirmənin daha yaxşı qurulması uçun hərtərəfli fikir mübadiləsi ilə yadda qalan olub.

MiIIi Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası alaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze arasında görüş keçirildi.

Bundan başqa Türkiyə, Niderland, Braziliya, İspaniya va digər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin, digər beynəlxalq qurumların da görüşlərinin mühümlüyünü qeyd etmək istərdim.

Eyni zamanda Azərbaycan -Turkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla dostluq qrupunun üzvləri ilə onlayn videokonfrans keçiriblər.

Görüşdə Milli Məclisinin sədri Sahibə xanımın salamları Türkiyənin millət vəkillərinə çatdırılıb. Bildirilib ki, bu görüş hər iki ölkənin parlament rəhbərlərinin təşəbbüsü və arzusu ilə təşkil olunub.

Sonra Əhliman müəllim hazırda dünyanı bürümüş koronavirus (COVID-19) pandemiyası ilə mübarizə sahəsində ölkəmizdə görülən işlər barədə məlumat verib və Azərbaycanın dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə görülmüş qabaqlayıcı tədbirlərdən danışıb.

Videokonfransda Türkiyə Böyük Millət Məclisinin Azarbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım iki dövlət, bir millət olan ölkələrimizin və xalqlarımızın qardaşlığından söz açıb. TBMM-in sədri Mustafa Şentopun Azərbaycan parlamentinin sədri Sahibə Qafarovaya və Milli Məclisin bütün üzvlərinə salamlar ünvanladığını bildirib. Pandemiya dövründə, böhran vəziyyətində belə bir-birindən dəstəyini əsirgəməyən Türkiyə və Azərbaycanın dostluğunun sarsılmaz olduğunu vurğulayıb.

Şamil Ayrım da öz növbəsində Parlamentlərarası əlaqələrimizn daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Prezident İlham Əliyevə minnətdarlığını iffadə edərək yubiley günündə Azərbaycanın "Dostluq" ordeni ila təltif olunduğunu bildirib.

Üzvlər qanunvericilik sahəsində qarşılıqlı təcrübə mubadiləsinin əhəmiyyətindən danışıblar.

Qeyd edilib ki, ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq daha da inkişaf etməlidir.

Eyni zamanda iyunun 11-də hörmətli sədr Sahibə xanım Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı da qəbul edib və Azərbaycan Türkiyə əlaqələrinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Dövlətlərarası münasibətlər sistemində özünəməxsus yer tutan parlamentlərarası əlaqələrimizin inkişafı bu sahəyə öz müsbət təsirini göstərir.

Milli Məclis tərəfindən ölkədaxili işlərlə bərabər, hörmətli Sahibə xanım, sizin rəhbərliyiniz ilə beynəlxalq səviyyədə də işlərin yüksək səviyyədə davam edirilməsi təqdirəlayiqdir və mühüm əhəmiyyət kəsb edir".


Etiketlər:  Arzu Nağıyev Milli Məclisin beynəlxalq əlaqələr sahəsində gördüyü işlər çox mühüm təqdirəlayiqdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ