Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO)

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO)

Tarix: 19 Iyun 2020 15:20

Bakı. Trend:

“Qobu Park 3” yaşayış kompleksində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrində istehsala başlanılıb.

KOBİA-dan Trend-ə bildirilib ki, gün ərzində oyuncaq istehsalı müəssisəsində 15-20 çeşiddə 1000-ə yaxın yumşaq, 10 çeşiddə 500-ə yaxın plastik oyuncaq istehsal olunur. Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə yaxın tibbi maska, 100-150 min arası baxil və digər tibbi tekstil vasitələri istehsal edilir.

Hazırda oyuncaq istehsalı müəssisəsində 10, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 20-yə yaxın işçi çalışır.

Bu müəssisələr tərəfindən istehsal olunan məhsullar yaxın vaxtlarda "Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılacaq.

Qeyd edək ki, KOBİA tərəfindən hər iki müəssisənin yaradılması üçün sahibkarlara biznesin planlaşdırılması, qeydiyyatı və təşkili istiqamətlərində daxili bazar araşdırmalarının aparılması, biznes planların tərtib edilməsi, şirkətlərin qeydiyyatdan keçirilməsi, işçi heyəti üçün təlimlərin təşkili, maliyyə mənbələrinə çıxış kimi dəstəklər göstərilib. Müəssisələr icarə xərclərindən azad edilib.

Hər iki müəssisə biznes və sosial yönümlüdür. Belə ki, müəssisələrdə istehsal olunan məhsullar rəqabətqabiliyyətlidir və idxalı əvəz edir. Daxili bazarla yanaşı, müəssisələrdə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur. Burada çalışan işçilər “Qobu Park 3” yaşayış kompleksində yaşayan qaçqın və məcburi köçkünlərdir. Yaşayış kompleksində məskunlaşma tam başa çatdıqdan sonra oyuncaq istehsalı müəssisəsində işçilərin sayı 40-a, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 80-ə çatdırılacaq. Ümumiyyətlə, müəssisələrdə çalışacaq işçilərin 80%-i qaçqın və məcburi köçkünlərdən ibarət olacaqdır.

Qeyd edək ki, oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələri bu il mayın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Qaradağ rayonunda yerləşən “Qobu Park-3” yaşayış kompleksinin açılışı zamanı fəaliyyətə başlayıb.

Məcburi köçkünlərin və qaçqınların məşğulluğunun biznes layihələr vasitəsilə təmin olunması istiqamətində KOBİA və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində Agentliyin təsis etdiyi “BİRGƏ” MMC ilə komitənin müvafiq departamenti arasında 2020-ci ilin yanvarında əməkdaşlığa dair müqavilə imzalanıb.

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb (FOTO) - Gallery Image


Etiketlər:  KOBİA nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ