Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 07:24
Son zamanlarda populyarlaşan nəsnələrin interneti (IoT) konsepsiyası mühüm bir problem doğurur. Milyonlarla ağıllı cihazın yararsız hala düşmə riski var.
5G texnologiyasının yayılması ilə nəsnələrin interneti (IoT) konsepsiyası da populyarlığını artırdı. Əslində bir çox texnoloji şirkət, smartfonlar vasitəsilə birləşdirilə və idarə edilə bilən bir məhsul ekosistemini yaratmağa yönəlmişdir.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, bununla birlikdə fiziki cisimlərin bir-birləri ilə və ya daha böyük sistemlərlə əlaqə qurmasına imkan verən və adı nəsnələrin internet (İoT) olan bu rabitə şəbəkəsi milyonlarla cihazı təsir edə biləcək bir vacib bir problem gətirir.
Təhlükəsizlik tədqiqatçısı Scott Helme, bir çox IoT cihazının yaxın 12 ay ərzində yararsız hala düşəcəyi xəbərdarlığını etdi. Çünki milyonlarla IoT cihazı tezliklə internet bağlantısını itirə bilər. Bu vəziyyətin səbəbi, bir çox IoT cihazının proqram yeniləmələrini almaması və ya istehsalçının dəstəyi təklif etməməsidir.
Bu cihazların uzaq serverlərlə etibarlı əlaqə qurmalarını təmin edən CA kök sertifikatlarının tarixinin sonuna yaxınlaşır və buda tezliklə bir çox IoT cihazının internet bağlantısını itirməsi riskini özündə gətirir.
Server tərəfindəki sertifikatlar asanlıqla yenilənə bilsə də, müştərilər bəzi IoT cihazları heç bir idarəetmə interfeysi olmadığı üçün yeniləmələri əldə edə bilmirlər. Bundan əlavə, bir çox istehsalçının yeniləmə dəstəyinin olmaması, bəzi IoT cihazlarının tamam yararsız hala düşməsinə səbəb ola bilər. Bu zaman istehsalçılara böyük bir iş düsür.
CA kök sertifikatlarının orta ömrü 25 il olmasına baxmayaraq, müəyyən bir müddətdən sonra istifadə edilə bilməz. Bu nöqtədə, hər hansı bir IoT cihazı alarkən, məhsulun CA kök sertifikatının son tarixini yoxlamaq faydalıdır.