Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyun 2020 10:42
La Liqanın 30-cu turunun dünən keçirilən “Sevilya” – “Barselona” matçında (0:0) qalmaqal yaşanıb.
Qol.az xəbər verir ki, hadisə birinci hissənin sonlarında meydan sahiblərinin futbolçusu Dieqo Karlosun Luis Suaresə qarşı kobud oyunundan sonra baş verib. Uruqvaylı futbolçu yıxıldıqdan sonra kataloniyalıları kapitanı Lionel Messi əsəbi halda, nəsə deyərək Karlosun üzərinə gedib və onu itələyib. Bu zaman sonuncu yerə yıxılıb. Bundan sonra futbolçular arasında kiçik mübahisə yaranıb.
Nəticədə hakim Serxio Buskets və Fernandoya sarı vərəqə göstərib.