Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb (FOTO)

Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb (FOTO)

Tarix: 20 Iyun 2020 15:24

Bakı. Trend:

Azərbaycanda taxıl sahələrinin 35,9 faizində biçin başa çatıb. İyunun 20-nə olan operativ məlumata görə, biçin başa çatmış 362716,6 ha sahədən 1126943 ton məhsul yığılıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda taxıl üzrə orta məhsuldarlıq 31,1 sentner, o cümlədən arpa üzrə 30,3, buğda üzrə 32,9 sentner təşkil edir.

Respublikada arpa sahələrinin 2/3 hissəsində biçin prosesi yekunlaşıb. Ölkə üzrə 369303,7 hektar arpa sahəsindən 258161,1 hektarı biçilib. Sahələrdən 783092,1 ton məhsul yığılıb. Bu il ölkədə 640 min hektardan artıq sahədə buğda əkini aparılıb. İyunun 20-dək 104555 hektar buğda sahəsi biçilib, sahələrdən 343850,9 ton məhsul yığılıb.
Biçin prosesi davam edir.

Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb (FOTO) - Gallery Image Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb (FOTO) - Gallery Image Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb (FOTO) - Gallery Image Azərbaycanda taxıl zəmilərinin 35,9 faizində biçin başa çatıb (FOTO) - Gallery Image


Etiketlər:  Azərbaycanda taxıl zəmilərinin faizində biçin başa çatıb FOTO


RƏYLƏR