Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"British School in Baku" yeni “Foundation Proqramını” təqdim edir (FOTO)

Tarix: 14 Iyun 2019 10:00

Bakı. Trend:

Bakıda Britaniya Məktəbi sonuncu sinfə keçən şagirdlər üçün unikal imkan təklif edir.

Artıq Böyük Britaniya, Avropa və Amerika universitetlərinə qəbul olmaq imkanı genişlənib və sadələşib. Bildiyiniz kimi, bir çox qabaqcıl universitetlərə qəbul olmaq üçün orta məktəbi bitirdikdən sonra əlavə olaraq 1 (bir) illik Foundation və yaxud 2(iki) illik A-level proqramında təhsil almaq, eləcə də yüksək İELTS nəticəsinin olması əsas şərtlərdən biridir.

Bakıda Britaniya Məktəbi ilə Böyük Britaniyanın tanınmış NCUK təşkilatı ilə bağlanmış müqaviləyə əsasən bütün bu çətinliklər aradan qaldırılmış və şagirdlər üçün unikal imkan yaradılıb.

Belə ki, birgə müqavilə əsasında NCUK təşkilatının Foundation Proqramının tətbiqinə artıq 2019/2020-ci tədris ilindən etibarən Bakıda Britaniya Məktəbində start veriləcəkdir. Proqramın müddəti 1(bir) ildir.Adı çəkilən proqram biznes və mühədislik ixtisaslarını əhatə edəcəkdir.

Qeyd etmək istərdik ki, NCUK kosnorsumuna Rassel və Milenium qrup universitetləri daxildir.

11- ci sinfə keçən və 5,5 İELTS göstəricisi olan hər bir şagird həmin Foundation Proqramına qatıla bilər. Belə ki, 11-ci sinifdə təhsil alaraq həmin Foundation Proqramını minimal göstəricilərlə (hər 3 fəndən “C”) bitirən şəxs heç bir İELTS sertifikatı tələb olunmadan və əlavə 1(bir) il itirmədən NCUK konsorsumuna daxil olan universitetlərə birbaşa qəbul olmaq imkanı əldə edir.

Bu unikal şansı sizlərə çatdıraraq bildirmək istəyirik ki, övladlarınıza həm bir il zamanı, həm də xarici ölkədə təhsil və yaşam xərclərinə qənaət etmək imkanı verəcək.

Xatırladaq ki, adı çəkilən “Foundation” proqramı haqqında daha geniş məlumatı məktəbdən əldə edə bilərsiniz.


Etiketlər:  British School in Baku yeni Foundation Proqramını təqdim edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ