Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 10:00
Türkiyə Superliqasında 28-ci tura yekun vurulub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, son oyun günündə iki görüş keçirilib. Çempionluğa əsas namizədlərdən sayılan "Trabzonspor" səfərdə "Alanyaspor"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
"Antalyaspor" isə öz meydanında "Rizəspor"u udub - 3:1.
22 iyun
"Alanyaspor" - "Trabzonspor" - 2:2
Qollar: Sisse, 45+1. Bakasetas, 90+5 - A.Ömür, 7. Novak, 52.
"Antalyaspor" - "Rizəspor" - 3:1
Qollar: S.Gümüş, 3. Yahoviç, 73. E.Gülüm, 76. - Şkoda, 90+9-pen.
Bu xal itkisindən sonra "Trabzonspor" liderliyə yüksələ bilməyib. Qaradənizlilərin 57 xalla 2-cidir. Lider "Başakşəhər"in isə 59 xalı var. "Sivasspor" 53 xalla 3-cü, "Qalatasaray" 51 xalla 4-cüdür.