Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 11:40
Xəbər verdiyimiz kimi əməkdar artist Aybəniz Haşımova qızıl yel xəstəliyinə tutulmuşdu. 23 gün ayağa qalxa bilməyib, yatılı vəziyyətdə idi.
Sonxeber.net big.az-a istinadən bildirir ki, əməkdar artist instaqram hesabında son vəziyyəti ilə bağlı açıqlama verib. O, bildirib ki, artıq ayağa qalxa bilir, çətin günlər keçirtsə də indi vəziyyəti yaxşıdır:
"23 gün bundan öncə, gecə yarısı, evdə tək, ölümlə həyat arasında yaşadığım anlarımın agrısını sətirlərə belə düzürəm...Bəlkədə, bu son olacaqdı...Bəlkə də, böyük bir imtahanın qarşısındaydım nə bilim...bir onu bilirəm ki, Allahıma qarşındayam uca Allahım hazıram dedim...əslində, qəfil gələn əcəl idi...nədənsə, gəncliyimdən fərqli olaraq hec qorxmurdum... nə bədənimi, nə canımı yaxan alovu...nə də ki, tutulmuş ayağımın agrısını hiss edirdim...sanki, bütün ömür agrılarımı unutmuşdum...sanki, hec bu dünyada bərk-boşdan çıxmamışdım...içimdə tək bunu dedim: Aynim, xəbərin yoxdu...mama deyəsən can verir...sonra, birdən gözüm sataşdı Quran kitablarıma. Onun birini bağrıma basmağa ayağımın gücü çatmadı.
Deməli vida zamanı o gün deyilmiş...Düzünü deyim,bilmirəm buna sevinimmi, yoxsa, yox sadəcə, Allahımın qarşısında deyəsən növbəti imtahanlarıma zaman qazandım...Bu da, ömrümün 52-ci, yayında Allahımın qarşısında verdiyim bugünə, əslində qadalı başlayan ancaq, sonu major akkordlları ilə, ömür səhifəmə yazılan yazı...sizə söz vermişdim...bugün, inşallah ayaq üstə dura biləcəyimə həkimim inandırmışdı...Belə də, oldu! çox şükür Allaha artıq ayağımı yerə basa bildim. Bir daha əmin oldum, Allaha sığınanlar...Allah sizi hec vaxt tək buraxmayacaq".