Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2020 13:21
"Şərq Tərəfdaşlığı proqramı çərçivəsində videokonfrans proqramı vasitəsilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sammit iştirakçıları ilə görüşündə Azərbaycanla Avropa İttifaqı ölkələri arasında əməkdaşlıq haqqında öz fikirlərini bölüşdü. Azərbaycan Şərq Tərəfdaşlığının etibarlı tərəfdaşıdır".
Bunu Sonxeber.net-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov iyunun 18-də Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransını şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan ilə Aİ ölkələri arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir:
"Azərbaycan ilə Aİ ölkələri arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycanın xarici ticarət dövrüyyəsinin 50 %-dən çoxu Aİ ölkələrinin payına düşür. Ümumuyyətlə Şərq Tərəfdaşlığı SSRİ-nin dağılmasından sonra Aİ ilə postsovet məkanında olan dövlətlərin əməkdaşlığı formatında qurulmuş bir təchizatdır və buna görə də Avropa İttifaqının marağındadır ki, bu dövlətlərdə demokratik institutların inkişafı nöqteyi nəzərdən irəliləyiş olsun. Demokratiya, insan hüquqlarının bərqərar olunması, vətəndaş cəmiyyəti institutlarının işləməsi üçün Aİ Azərbaycanda, eləcə də digər bu proqrama qoşulan ölkələrdə müxtəlif fəaliyyətlər həyata keçirdir. Azərbaycanda da bu, nəzərə çarpacaq dərəcədə görsənir".
Politoloq Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında Nikol Paşinyanın ardıcıl üçüncü dəfə Prezident İlham Əliyev tərəfindən diplomatiya, tarix, hüquq dərsi aldığını qeyd edib:
"Bu görüşdə digər diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycan Respulikasının Prezidenti çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan replika atır. Əvvəlcə erməni dilində öz çıxışını edir, lakin moderator onun sözünü kəsməli olur və ona tərcümə gəlmədiyi ilə bağlı iradını bildirir. Bundan sonra isə erməni baş nazir Ramil Səfərov məsələsinə toxunur və bu məsələni bu cür mötəbər iclasda qaldırır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cavabı da özünü çox gözlətmir və Prezident Nikol Paşinyana öz cavabında bildirir ki, əslində ermənilər terror hadisələri törətməklə bütün dünyada məşhurdurlar. Fransanın Paris şəhərinin Orli hava limanında Karapetyan soyadlı terrorçunun terror hadisəsi törətməsi, bundan sonra isə Ermənistana ekstradisiya olunaraq əfv olunması və o vaxtki Ermənistanın baş naziri tərəfindən qəbul edilərək ona iş və mənzil verilməsi hadisəsi var. Ona görə də bu cür iclaslarda Ermənistan baş nazirinin bu məsələlərə toxunmaması, sakit durması Prezident İlham Əliyev təırəfindən tövsiyə olundu. Nikol Paşinyan ötən ilin sonlarında Soçidə keçirilən Valday konfransından və fevral ayında Münhendə keçirilən debatlardan sonra üçüncü dəfə Prezident İlham Əliyev tərəfindən diplomatiya, siyasət, tarix, hüquq dərsi aldı. Bu, təbii ki, Ermənistanda daxili auditoriyaya mənfi təsir göstərir və ölkə rəhbərlərinin bu dəfə də aciz durumda qaldığını izləmiş oldular. Bu olay müharibə şəraitində olan iki ölkənin dövlət rəhbərlərinin intellektual səviyyəsini və siyasi potensialını göstərir".
İlyas Hüseynov Paşinyanın Avropanın aparıcı maliyyə qurumlarından kreditlər almaq məqsədilə maska şousu qurduğunu bildirib:
"Nikol Paşinyanın Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransında maskadan istifadə edərək təkcə oturması da gülüş doğuran bir məqamdır. Çünki bir müddət əvvəl Ermənistanın baş nazirinin özünün COVİD-19 infeksiyasına yoluxduğu ilə bağlı məlumatlar yayılmışdı və sonra bu məlumatlarda bildirilirdi ki, Nikol Paşinyan artıq sağalıb və bədənində anticism formalaşıb. Bildiyiniz kimi, anticism formalaşan insan heç bir innfeksiya təhlükəsi törətmir. Xüsusil vurğulamaq lazımdır ki, tək oturan Paşinyan heç kim üçün təhlükə törətmədiyini bilə-bilə maskadan istifadə etməsi və bu tipli şouları bizə çox yaxş tanışdır. Onun əsas məqsədi avropalı kreditorlardan, Avropanın aparıcı maliyyə qurumlarından kreditlər almaq və koronavirusun tüğyan etdiyi ölkəsinə yardım etməkdir. Digər tərəfdən Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan ÜST-ə könüllü şəkildə yardımlar edib, 19 ölkəyə humanitar yardım ayırıb. Göründüyü kimi Azərbaycan ilə Ermənistan arasında olan iqtisadi fərq və uçurumlar burada öz əksini tapmış oldu".
Təhməz Təkin