Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə futbolunda rəzalət - VİDEO - FOTO

Türkiyə futbolunda rəzalət - VİDEO - FOTO

Tarix: 23 Iyun 2020 13:30

Türkiyə Super Liqasının 28-ci turunda dünən keçirilən "Alanyaspor" - "Trabzonspor" matçından (2:2) sonra qalmaqal yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Trabzonspor"un çempionluq yolunda vacib iki xal itirdiyi görüşün son dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirdikdən sonra böyük sevinc yaşayıb. Görüşü tribunadan izləyən Trabzon təmsilçisinin rəhbərliyi isə qoldan sonra "Alanyaspor"un işçilərinə narazılıqlarını bildirib. Narazılığın böyüməsi nəticəsində tərəflər arasında tribunada dava olub.Polis və jandarma onları sakitləşdirməyə çalışıb.

Bu zaman "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu və ətrafındakılar meydana girərək rəqib klubun işçilərinə hücum çəkib. Davanı polisin müdaxiləsiylə dayandırmaq mümkün olub.

Qeyd edək ki, bu xal itkisindən sonra "Trabzonspor" liderliyə yüksələ bilməyib.

Milli.Az


Etiketlər:  Türkiyə futbolunda rəzalət VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ