Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” koronavirusa görə İngiltərədə oynamaq istəmir

“Real” koronavirusa görə İngiltərədə oynamaq istəmir

Tarix: 23 Iyun 2020 17:30

Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə Çempionlar Liqasının bərpası narazılıqlarla müşayiət olunur.

Sonxeber.net Apasport.az-a istinadən xəbər verir ki, 1/8 finalda "Mançester Siti"nin qonağı olacaq İspaniyanın "Real" klubu İngiltərədəki səfər oyununa getmək istəmir.

Madrid təmsilçisi cavab oyununun neytral meydanda keçirilməsini təklif edir. "Real" rəhbərliyi bunu koronavirus pandemiyası üzündən İngiltərədəki durumun ürəkaçan olmaması ilə izah edir. Futbolçu və əməkdaşlarının sağlamlığı üçün ehtiyat edən ispaniyalılar neytral meydan üçün ən münasib variantın Portuqaliya paytaxtı Lissabon olduğunu düşünür.

Qeyd edək ki, "Mançester Siti" - "Real" oyunu avqustun 7-də keçirilməlidir.


Etiketlər:  Real koronavirusa görə İngiltərədə oynamaq istəmir


RƏYLƏR