Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran aviabiletlərin satışına başladı

İran aviabiletlərin satışına başladı

Tarix: 23 Iyun 2020 17:52

Bakı. Elnur Bağışov – Trend:

İranın hava yolları şirkətləri 1 avqust Tehran-İstanbul birbaşa uçuşları üçün biletləri satışa çıxarıblar.

Bunu Trend-ə açıqlamasında İranın Hava Yolları Şirkətləri Assosiasiyasının katibi Maqsud Əsədi Samani deyib. Onun sözlərinə görə, Türkiyə tərəfi bu ölkə aeroportlarının 1 avqustdan İran təyyarələrini qəbul edəcəyini elan edib.

Əsədi Samani əlavə edib ki, İranın bir hava yolları şirkəti Tehran-İstanbul uçuşu üzrə 1 biletin qiymətini 15-19 milyon rial (təxminən 357-452 dollar) arasında təyin edib.

Qeyd edək ki, Türkiyənin hava yolları şirkəti (Turkish Airline) 16 iyuldan Tehran-İstanbul uçuşlarını həyata keçirəcək. Bu şirkətin biletinin qiyməti 25-38 milyon rial (təxminən 595-916 dollar) arasında dəyişir.

Əlavə edək ki, İranda koronavirusa yoluxma halı 19 fevralda qeydə alınıb. Bundan sonra bu ölkənin qonşu ölkələrlə sərhədlərində bir sıra məhdudiyyətlər tətbiq olunub. Məhdudiyyətlər sonradan tədrici şəkildə ləğv edilməyə başlayıb.

Bildirək ki, İranda bu günədək (23 iyun) 209 970 nəfər koronavirusa yoluxub, 9 863 nəfər ölüb, 169 160 nəfər sağalıb.


Etiketlər:  İran aviabiletlərin satışına başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ