Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Huawei flaqman smartfonların buraxılışını təxirə sala bilər

Huawei flaqman smartfonların buraxılışını təxirə sala bilər

Tarix: 23 Iyun 2020 22:56

Huawei şirkəti ABŞ-ın sanksiyalarına görə yeni flaqman smartfonların istehsalını dayandırmaq məcburiyyətində qalıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, Huawei şirkəti tədarükçülərinə flaqman modellərinin istehsalını təxirə salmalı olduqlarını bildirib.

Çünki, şirkət ABŞ-ın tətbiq etdiyi yeni məhdudiyyətlərdən yarana biləcək tədarük həcmini qiymətləndirmək niyyətindədir. Burada ABŞ səlahiyyətliləri çərçivəsində Huawei çiplərinin satışına verilən lisenziyalardan bəhs edilir. Bildirilir ki, şirkət xüsusilə Huawei Mate 40 seriyası üçün bəzi komponentlərin istehsalını dayandırmalıdır.Huawei-in oktyabr ayında yeni bir flaqman smartfon təqdim edəcəyi gözlənilirdi. Ancaq bəzi mənbələrə görə, bunun üçün komponentlərin istehsalı ən azı iki ay dayandırılacaq. Xatırladaq ki, Kirin 1020 prosessoru yeni məhsulun aparat bazası olmalıdır.

Milli.Az


Etiketlər:  Huawei flaqman smartfonların buraxılışını təxirə sala bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ