Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 15:39
Bakı. Samir Əli - Trend:
Dövlət Gömrük Komitəsinin şöbə müdirinin rüşvət alarkən yaxalanması barədə video yayılıb.
Trend-in məlumatına görə, Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayev şirkət nümayəndəsindən hər avtomobilin gömrükdən keçirilməsi üçün 50 ABŞ dolları olmaqla 15 avtomobilə görə 750 dollar alarkən cinayət başında yaxalanıb.
Videoda C. Babayevin şirkət nümayəndəsindən pul tələb etməsi və alması göstərilir.