Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 16:28
Fransa milli komandasının sabiq futbolçusu Jeremi Menez yenidən İtaliyaya qayıdıb.
Sonxeber.net goal.az-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu Regina-ya transfer olunub.
Bu barədə C Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Menez Regina-yla üç illik müqavilə imzalayıb.
Menezin son klubu Paris olub. Hücumçu, 2-ci liqa təmsilçisiylə olan müqaviləsini qarşılıqlı razılaşma əsasında ləğv edib.
Karyerası ərzində Roma, PSG, Milan, Monaco kimi klublarda çıxış edən hücumçu, 24 dəfə də Fransa milli komandasının formasını geyinib.