Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2020 17:42
“BCG” saytında dünyanın ən innovativ şirkətlərinin yeni reytinqi dərc olunub.
“ICTnews” Elektron Xəbər Xidməti “İXBT” resursuna istinadən yazır ki, reytinqdə ötən illə müqayisədə nəzərəçarpacaq dəyişikliklər baş verib. Belə ki, bu il “Huawei” şirkəti 42 pillə irəliləyərək 6-cı yerə yüksəlib. Maraqlıdır ki, şirkət 2014-cü ildə siyahının ən aşağı mövqeyində qərarlaşıb, sonradan nəzərəçarpacaq artım nümayiş etdirib, 2019-cu ildə isə 48-ci pilləyə enib. Hazırda Çin istehsalçısı “Sony”, “Facebook”, “Alibaba” və digər şirkətləri geridə qoyub.
Reytinqə əksər məşhur texnoloji brendlər, o cümlədən hazırda birinci yeri tutan “Apple” daxildir. İkinci pillədə “Google” qərarlaşıb. Liderlər üçlüyünü “Amazon” tamamlayıb. Digər məşhur Çin istehsalçısı – “Xiaomi” şirkəti reytinqdə 24-cü yerlə kifayətlənib.
Mütəxəssislərin sözlərinə görə, “Huawei” ABŞ tərəfindən təzyiqlərə baxmayaraq reytinqdə “5G” sahəsində pioner olması və dünyanın müxtəlif regionlarında yeni nəsil şəbəkənin populyarlaşması üzərində aktiv çalışması sayəsində yüksək mövqe tutub. Bundan başqa, ABŞ və Çin arasında davam edən ticarət mübahisəsi, eləcə də “Google” servislərindən istifadəyə tətbiq edilən qadağa şirkəti öz qurğuları üçün mobil servis, əlavələr mağazası və əməliyyat sistemini operativ satışa çıxarmağa məcbur edib.
Nizam Nuriyev