Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib (FOTO)

BDU-da Qurtuluş Günü münasibətilə tədbir keçirilib (FOTO)

Tarix: 14 Iyun 2019 21:00

Bakı. Trend:

Bakı Dövlət Universitetində (BDU) 15 iyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib.

BDU-dan Trend-ə verilən məlumata görə, universitetin rektoru Elçin Babayev Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

Azərbaycan xalqını nicata aparan yolun 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıtdığı gündən başladığını qeyd edən rektor Elçin Babayev Ulu Öndərin böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürərək respublikanı parçalanma təhlükəsindən xilas etdiyini diqqətə çatdırıb. Rektor Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyəti nəticəsində ölkəmizin dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan qüdrətli bir dövlətə çevrildiyini və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Biologiya fakültəsinin Genetika və təkamül təlimi kafedrasının müdiri, millət vəkili Kamilə Əliyeva Ulu Öndər Heydər Əliyevin adının müstəqil tariximizə silinməz və qızıl hərflərlə yazıldığını bildirib.

Tarix fakültəsinin dekan əvəzi, professor İbrahim Zeynalov Ümummilli Liderin müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı istiqamətində gördüyü mühüm işlərdən söz açıb.

Jurnalistika fakültəsinin I kurs kurs tələbəsi Rəşad İmanovun çıxışından sonra tədbir bədii hissə ilə yekunlaşıb.


Etiketlər:  BDU da Qurtuluş Günü münasibətilə tədbir keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ