Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2019 13:00
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan sürücüsünün qohumunu nəqliyyat vasitələri sənədlərinin rəsmiləşdirilməsi üzrə gömrük məntəqəsinin direktoru təyin edib.
Trend bu barədə erməni KİV-lərinə istinadən məlumat verib.
Qeyd olunur ki, bir neçə gün əvvəl N.Paşinyan sabiq direktoru ölkə bayrağını divara söykədiyi üçün vəzifədən azad etmişdi. Bununla əlaqədar gömrük rəisi də işdən azad olunmuşdu.
Bundan əvvəl, baş nazirin sürücüsünün qohumu aeroportda karqo rəisi işləyirdi.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin