Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hər fəsli gözəl olan diyar - FOTOREPORTAJ

Hər fəsli gözəl olan diyar - FOTOREPORTAJ

Tarix: 26 Iyun 2020 23:30

Qafqaz dağ silsiləsinin cənub yamaclarında yerləşən İsmayıllı rayonu əsrarəngiz təbiəti, zəngin tarixi abidələri ilə tanınan bölgədir. Ərazisindən Girdiman, Ax-Ox, Göyçay çayları axır. Tircan kəndində "Bədo", Diyallı, Namazgah, İstisu kəndlərinin yaxınlığında müalicəvi əhəmiyyəti olan sular var. Heç yerdən su axını olmayan, hətta yerli sakinlərin çoxunu belə görmədiyi və görmək arzusunda olduqları əfsanəvi Qaranohur gölünü, Qalacıq, Çayqovuşan, Brovdal, Müdrücə yaşayış məntəqələrinin yaxınlığındakı füsunkar şəlalələr və sair olduqca valehedicidir.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İsmayıllı ərazisində 238 tarix və mədəniyyət abidəsi var. Bu abidələrdən Lahıc Dövlət Tarix və Mədəniyyət Qoruğu dünya əhəmiyyətli, 32-si ölkə və 127-si yerli əhəmiyyətlidir. 70-dən çox tarix və mədəniyyət abidəsi isə yeni aşkar edilib. Möhtəşəm Cavanşir və Qız qalaları, Fitdağ şəhərinin yaxınlığında, şəhərlə Hərəm qalası arasındakı XVIII-XIX əsrlərin əvvəllərinə aid olan, Mustafa xanın təşəbbüsü ilə tikilən Sulut buzxanası nəinki yerli, xarici turistlər üçün də olduqca cəlbedicidir. 40 il bundan əvvəl Sulut kəndi ərazisində tapılan pul dəfinəsi və digər maddi dəlillər bu yerlərdə hələ e.ə. II minillikdən başlayaraq intensiv həyat olduğunu söyləməyə əsas verir.

Bütün bunlar, əlbəttə, İsmayıllıya marağı, turist axınının ildən-ilə artırır. Təkcə 2019-cu ildə rayona 105 min nəfər turist gəlib ki, bu da inişilkindən 12 min nəfər çoxdur. Gələn turistlərin xeyli hissəsi xarici ölkələrdəndir.

Bu gün dünyanı narahat edən koronavirus pandemiyası təhlükəsi, bununla əlaqədar respublikamızda tətbiq olunan karantin rejimi, təbii ki, turistlərin gəlişinə problemlər yaradıb. Lakin Azərbaycanın füsunkar guşəsi olan İsmayıllıya gəlmək həsrətində olanlar heç də az deyil. Hamı təhlükəli pandemiyanın yox olacağı günü gözləyir.


Etiketlər:  Hər fəsli gözəl olan diyar FOTOREPORTAJ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ