Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 11:28
Bakı. Trend:
Hollivudun "SK Global Entertainment" şirkəti Çində koronavirusun yayılmasının ilk günləri və həkimlərin naməlum virusla mübarizəsinə həsr olunmuş yeni film üzərində işə başlayıb.
Trend-in məlumatına görə, filmin ssenarisini "Oskar" mükafatı laureatı Çarlz Rendolf yazır.
Filmin çəkilişlərinin gələn ilin əvvəlində Çində başlaması planlaşdırılır.
Hələlik filmin heyəti və çəkiliş xərcləri barədə məlumatlar verilməyib.