Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: Həm cəzalar sərtləşdirilməli, həm də ictimai nəzarət gücləndiriməlidir

Deputat: Həm cəzalar sərtləşdirilməli, həm də ictimai nəzarət gücləndiriməlidir

Tarix: 28 Iyun 2020 16:20

Birinci mərhələdə görülən tədbirlərin, atılan addımların nəticəsidir ki, bu gün rəqəmlər bizi təhdid etmir. Sadəcə, dövlət maksimum çalışır ki, vətəndaşı daha az əziyyət çəksin və ya daha az vətəndaşı əziyyət çəksin.

Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

T.Cəfərova bildirib ki, koronavirus pandemiyasının miqyasından asılı olmayaraq, ilin sonuna qədər insanların yaşayış səviyyəsi dəyişməz olaraq qalmalıdır:

"Bildiyiniz kimi iyunun 24-də Gəncə şəhərində 200 çarpayılıq, müasir texnologiyalar əsasında quraşdırılan modul tipli xəstəxananın açılışı oldu. Bu, Cənab Prezidentin iştirakı ilə istifadəyə verilən 5-ci bu tip xəstəxanadır. Və yaxın vaxtların hədəfi, bu modul tipli xəstəxanaların sayını 10-a çatdırmaqdır. Məqsəd budur ki, digər xəstəxanalardan əlavə, 2 min çarpayı virusa yoluxmuş insanların sağalmasına xidmət etsin. Nəzərə alsaq ki, koronavirusa yoluxanların sayı artır, bu tip xəstəxanalar COVİD-19-la mübarizədə effektivliyə təsir edəcək. O ki qaldı sosial şəbəkələrdə yazılanlara, təbii ki, nəzarətdən kənar, heç bir məsuliyyət daşımayan şəbəkə istifadəçilərinin əksəriyyəti, müxtəlif qüvvələrin əlində alətə çevrilib. Hansı ki, o qüvvələr dövlətin vətəndaşa olan qayğısını, vətəndaşına verdiyi dəyəri həzm edə bilmirlər. Cənab Prezidentin də vurğuladığı kimi, səhiyyəsi dünya üçün etalon hesab olunan ölkələrdə belə vəziyyət getdikcə çətinləşir. Çünki heç bir ölkənin səhiyyəsi belə sürətlə artan xəstəliyin müalicəsinə hazır deyildi, eyni zamanda bizim... Burada, bir sıra faktorla yanaşı, həkim sayının xəstələnən insanların sayına adekvat olmaması da rol oynayır. Cənab Prezident öz çıxışında bunu da vurğuladı".

Tamam Cəfərova qeyd edib ki, doğrudan da yoluxanların sayının əhalinin ümumi sayı ilə müqayisədə az olduğunu göstərir: "Bütün sahələr üzrə ölkəmizlə müqayisəsi bərbad olan Ermənistandakı vəziyyətə nəzər salsaq, ümumi mənzərə aydın olar. Əhalisi 3 milyon olmayan bir ölkədə bir gün ərzində yoluxanların sayı 700 nəfəri ötüb. Bu xüsusda bir çox ölkələri misal çəkə bilərik. Əhalisinin sayı 10 milyonu ötən Azərbaycanda cəmi 13 min yoluxma faktı qeydə alınıb. Onun da müəyyən hissəsi yumşalma qərarından sonrakı dövrün payına düşür".

Deputat bildirib ki, bu gün dövlət virusla mübarizədə nə etmək mümkündürsə, hər şeyi edib və etməkdə davam edir: "Pandemiya ilə mübarizədə beynəlxalq maliyyə qurumlarından kredit istəyən, böyük dövlətlərdən yardım uman ölkələrdən fərqli olaraq, Azərbaycan öz gücünə mübarizəni davam etdirir. Özü də, o səviyyədə ki, dünya ölkləri üçün nümunə göstərilir. Amma təəssüf ki, bəzi insanlar bunu dərk etmir və ya etmək istəmir. Cənab Prezident məhz o insanları - məsuliyyətsiz insanları bunu dərk etməyə çağırdı. Bundan ötəri o insanlardan çox şey tələb olunmur. Sadəcə, bir neçə qaydalara əməl etmək lazımdır və o əməllərdən biri də qoruyucu maskaların istifadəsidir. Hansı ki, ölkənin birinci şəxsi - Cənab Prezident özü bu qaydalara ciddi şəkildə əməl edir. Bu baxımdan, ictimai qınağın yükü böyük rol oynamalıdır. Hər bir vətəndaşın borcu xüsusi qaydalara əməl etməklə yanaşı, ətrafında olan insanlardan da bunu tələb etməkdir. Nəzərə alaq ki, ictimai qınaq Azərbaycan cəmiyyəti üçün xarakterikdir. Cənab Prezidentin qeyd etdiyi kimi, "biz çalışmalıyıq ki, bu vəziyyətdən şərəflə çıxaq. Ancaq dövlət tərəfindən atılmış addımlar əgər kütləvi surətdə ictimaiyyət tərəfindən dəstəklənməsə, bunun xeyri olmayacaq. Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik".


Etiketlər:  Deputat Həm cəzalar sərtləşdirilməli həm ictimai nəzarət gücləndiriməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ