Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İcazə sisteminə dəyişikliklər edilib: Kimlərin icazəsi ləğv olundu? - İZAH

İcazə sisteminə dəyişikliklər edilib: Kimlərin icazəsi ləğv olundu? - İZAH

Tarix: 28 Iyun 2020 18:32

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində tətbiq edilən xüsusi karantin rejiminin icazə sistemində dəyişikliklər edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu gün fəaliyyətinə icazə verilmiş bir sıra vətəndaşların icazəsi ləğv olunub.

Nazirlər Kabinetinin qərarına əsasə, fəaliyyətinə icazə verilən bir sıra sahələrdə işçilərin sayı azaldılmalıdır. Belə ki, fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır.

Qərara əsasən, işçi sayının 50 faiz azaldıldığı sahələr aşağıdakılardır:

Əsas istehsalat növləri üzrə:

Pərakəndə və topdan satış üzrə:

Məişət xidmətləri üzrə:

Xüsusi xidmət növləri üzrə:

Məişət xidmətləri üzrə:

 

Yuxarıda göstərilən sahələrdə çalışan şəxslərin sayı ümumi işçi sayının 50 faizdən çox olmamalıdır. Bu gündən etibarən bu sahədə çalışan bir sıra vətəndaşların artıq icazəsi ləğv olunub.

Bəs icazənizin ləğv olunub-olunmadığını necə öyrənə bilərsiniz?

Bunun üçün ilk növbədə çalışdığınız müəsisəyə müraciət edib məlumat almalısınız. İkincisi isə onlayn formada my.gov.az portalında qeydiyyatdan keçib, icazənizin olub-olmadığına baxa bilərsiniz.

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu ərazilərdə icazə sisteminə edilən digər dəyişiklik isə vətəndaşların evdən çıxma qaydaları ilə bağlıdır.

Dəyişikliyə əsasən vətəndaşlar evdən çıxmaq üçün 8103 SMS sistemiylə bərabər "E-TƏBİB" mobil tətbiqindən də istifadə edə bilərlər. Bunun üçün "E-TƏBİB" mobil tətbiqini telefona yükləmək və qeydiyyatdan keçmək lazımdır.

8103 SMS icazə sisteminin fəaliyyətində müəyyən dəyişiklik edilib. Belə ki, artıq vətəndaşlar tərəfindən müvafiq kod üzrə müraciət olunduğu zaman cavab SMS-i 15 dəqiqə ərzində gəlir.

Eyni zamanda "E-Təbib" mobil tətbiqi vasitəsi ilə edilən bu cür müraciətlərə isə 5 dəq ərzində cavabla təmin olunur


Etiketlər:  İcazə sisteminə dəyişikliklər edilib Kimlərin icazəsi ləğv olundu İZAH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ