Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində güclü yağışlar səbəbindən 12 nəfər həlak olub

Çində güclü yağışlar səbəbindən 12 nəfər həlak olub

Tarix: 29 Iyun 2020 07:36

Bakı. Trend:

Leysan xarakterli yağışlar Çinin Sıçuan vilayətində 12 nəfərin ölümünə səbəb olub.

Trend-in məlumatına görə, bu barədə "Sinxua" agentliyi bildirib.

Məlumata əsasən, daha 10 sakinin itkin düşdüyü bildirilir. Leysan yağışları lokal daşqınlara səbəb olub, bununla əlaqədar hakimiyyət orqanları 7,7 mindən çox insanı təxliyə etmək məcburiyyətində qalıb. Xilasedicilər hadisə yerində işləyirlər.

Rəsmi məlumatlara görə, 9,8 mindən çox Çin vətəndaşı yüksək risk zonasındadır.


Etiketlər:  Çində güclü yağışlar səbəbindən nəfər həlak olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ