Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Astarada narkotik becərən 3 qonşu saxlanıldı

Astarada narkotik becərən 3 qonşu saxlanıldı

Tarix: 29 Iyun 2020 18:40

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri ardıcıl uğurlu əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan 3 nəfər rayon sakini saxlanılıb. Onlardan ümumilikdə 128 ədəd çətənə kolu və 6 kiloqram 710 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Astara rayonunun Sərək kənd sakini Kamal Ramazanovun yaşadığı evin həyətyanı sahəsinə keçirilən baxış zamanı böyürtkən kollarının arasında kultivasiya yolu ilə əkib becərdiyi hər biri 1,5 -2 metr hündürlükdə olan 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Davam edən axtarış tədbirləri ilə saxlanılan şəxsin həyətindəki toyuq hinində gizlətdiyi 3 ədəd bağlamada ümumi çəkisi 6 kiloqram 710 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri ilə Sərək kənd sakinləri Orxan Ramazanovun həyətində becərdiyi 15 ədəd, Pərviz Ramazanovun həyətindən isə 4 ədəd çətənə kolları aşkar edilərək götürülüb.

Faktlarla bağlı araşdırma aparılır

Milli.Az


Etiketlər:  Astarada narkotik becərən qonşu saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ