Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Baku Food Fest"in yubiley sezonu açılıb (FOTO)

Tarix: 15 Iyun 2019 16:05

Bakı. Trend:

Günəşli paytaxtımızda daha bir, beşinci və yubiley parlaq yemək bayramı baş tutub – Baku Food Fest. Bu dəfə tədbir 24 gün davam edəcək, 13 İyun – 7 iyul tarixlərində davam edəcək tədbir bakılıların ən sevdiyi məkanlarından biri – Sahil Bağında təşkil olunub..

Trend-in məlumatına görə, festival hər zamanki kimi, yemək və içkilərin müxtəlifliyindən əlavə, həmdə maraqlı əyləncəvi proqram ilə gələn qonaqları sevindirir. Bu dəfə, Festivalın əsas partnyorlarından biri Soliton təqdim edəcək açıq mətbəxində hər gün Bakının tanınmış simalarını sizlərlə görüşdürür və onlara qulaq asmaqdan əlavə, sevdikləri yeməklərin hazırlanması prosesini izləmək imkanını yaradır.

Bundan əlavə, Festivalda ilk dəfə EURO 2020 layihəsinin təqdimatı baş tutub və Baku Food Fest ərazisində futbol simulyasiyalı unikal stend, tədbirə biletlərin satışı haqqında nöqtələr yerləşdirilib.

Həmçinin, Moskvanın ən tanınmış restoran şəbəkəsi olan Novikov Group Baku Food Fest-də ilk dəfə 2 unikal stendi Caspar cafe və Syrovarnya ilk dəfə təqdim edir. Bu qeryri-adi foto stendlərdə yadda qalan şəkillər etməkdən əlavə, “dadlı” prizləri qazanmaq imkanını da yaradacaq!

Hər zaman olduğu kimi, gələn qonaqları rəngarəng musiqili proqram, və qızmar şəhərin daxilində əsl çimərlik əhval-ruhiyyəsi hiss olunacaq! Tədbirin təşkilatçısı Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Reklam Agentliyi, ASAN Radio və Soliton, Danone, Procter & Gamble, Berg, Azersun və Novikov Group kimi müstəqil brendlərin dəstəyi ilə, Meal for Real şirkətidir.

İnformasiya dəstəyi – Trend.az, Day.az, Milli.az, Azernews.az


Etiketlər:  Baku Food Festin yubiley sezonu açılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ