Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Virusoloq istinin koronavirusa təsirindən danışdı

Virusoloq istinin koronavirusa təsirindən danışdı

Tarix: 29 Iyun 2020 23:39

Virus infeksiyalarının qarşısının alınması və müalicəsi üzrə Elmi Məlumat Mərkəzinin direktoru Georgi Vikulov "kp.ru"ya verdiyi müsahibədə istinin koronavirusa təsirindən danışıb.

Milli.Az xəbər verir ki, ekspert ultrabənövşəyi şüaların COVID-19 patogeninə təsir göstərdiyini, lakin pandemiyanı dayandıra bilmədiyini deyib.

Mütəxəssis Günəşin koronavirusa təsiri barədə aşağıdakıları deyib:

"Yoluxma və koronavirus infeksiyası nəticəsində ölənlərin sayına görə dünyada ikinci yerə çıxan Braziliya bunun ən bariz nümunəsidir. Günəş tüpürcək və selikli damcıları sürətli qurudur. Üstəlik ultrabənövşəyi şüalar virusun qabığına ziyan vurur. Ancaq infeksiyanın yayılması və COVID-19 xəstəliyinin nə qədər azalacağını söyləmək mümkün deyil. Belə tədqiqatlar və etibarlı məlumatlar yoxdur. Bu barədə deyilənlər yalnız fərziyyələrdir". (publika.az)

Milli.Az


Etiketlər:  Virusoloq istinin koronavirusa təsirindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ