Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Büdcəli OnePlus smartfonunun adı təsadüfən sızdırıldı

Büdcəli OnePlus smartfonunun adı təsadüfən sızdırıldı

Tarix: 30 Iyun 2020 08:04

OnePlus şirkəti özünün hələ anons olunmamış orta büdcəli smartfon modelinə marağı artırmağa davam edir. Smartfonun dəqiq olaraq necə adlanacağı hələ də sirr olaraq qalır. Variantlar arasında OnePlus 8 Lite, OnePlus Z və OnePlus Nord var. Şirkət yeni smartfon modelinin adını axtaran şəxsləri trollamaq üçün Instagram səhifəsi yaradıb və onu OnePlusLiteZthing adlandırıb. Lakin görünür, şirkətin büdcəli smartfon modeli OnePlus Nord adını əldə edəcək. Belə ki, sözügedən Instagram səhifəsində yerləşdirilmiş və tez bir zamanda silinmiş foto bunu sübut edir.

Həmin fotoda Nord sözü əks olunub. Əgər həmin foto növbəti troll deyilsə deməli smartfon həqiqətən də OnePlus Nord adını əldə edəcək. Smatfonun təqdimatının nə zaman olacağına da şirkət kreativ şəkildə işarə edib. Belə ki, yaradılmış Instagram səhifəsində Morze əlifbası ilə yazılmış mesaj paylaşılıb. Onun deşifrələnməsindən sonra ortaya iyul sözü çıxır. Bu isə o deməkdir ki, smartfon gələn ay təqdim olunacaq. Bəzi məlumatlara əsasən təqdimat tədbiri 10 iyul tarixində baş tutacaq.

Milli.Az


Etiketlər:  Büdcəli OnePlus smartfonunun adı təsadüfən sızdırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ