Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 11:56
Bakı. Samir Əli - Trend:
Əmlak və kapital amnistiyası ilə bağlı məsələ İşçi Qrup səviyyəsində müzakirə edilir.
Trend-in məlumatına görə, bu barədə bu gün keçirilən mətbuat konfransında İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Onun sözlərinə görə, bu məsələyə sahibkarlar tərəfindən maraq göstərilir: "Hazırda bununla bağlı beynəlxalq təcrübə nəzərdən keçirilir. Proses başa çatandan sonra nəticə barədə ictimaiyyətə məlumat veriləcək".