Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sinqapurda insanlara koronavirusun yayılması ilə mübarizə üçün qurğular paylanılır

Sinqapurda insanlara koronavirusun yayılması ilə mübarizə üçün qurğular paylanılır

Tarix: 30 Iyun 2020 13:09

Sinqapur vətəndaşlarına koronavirus infeksiyasına yoluxanlarla potensial kontaktların izlənilməsi üçün xüsusi cihazların verilməsinə başlanılıb. “Bluetooth” vasitəsilə işləyən cihaz yaxınlıqdakı analoji qurğular, eləcə də “TraceTogether” proqramına malik smartfonlarla siqnal mübadiləsi edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, hökumət nümayəndələrinin sözlərinə görə, qurğu mobil şəbəkələrə qoşulmur və istifadəçinin “GPS” koordinatlarını müəyyənləşdirmir. Məlumatlar isə yalnız “Bluetooth”un əhatə dairəsi çərçivəsində göndərilir. Onun tərəfindən toplanan bütün informasiya 25-dək şifrlənmiş şəkildə saxlanıldıqdan sonra avtomatik ləğv edilir.

 

Məlumata görə, ilk qurğular əvvəlcə qohumlarından uzaq yaşayan yaşlı sinqapurlulara paylanılıb. Cihazın batareyası 9 aylıq iş üçün nəzərdə tutulduğundan onun təkrar enerji ilə doldurulmasına ehtiyac qalmır.

 

Bildirilir ki, insanın “COVID-19”a yoluxanlarla yaxın təmasda olması müəyyənləşən zaman onunla tibb işçiləri əlaqə saxlayır. İstifadəçiyə müsbət “COVID-19” test diaqnozu qoyulduqda isə onun qurğusu məlumatların götürülməsi üçün səhiyyə xidmətinə təqdim ediləcək.

 

Qeyd edək ki, Sinqapur “COVID-19” xəstələri ilə kontaktların izlənilməsi üçün xüsusi mobil əlavənin istifadəyə verildiyi dünyanın ilk ölkələrindəndir. Apreldə buraxılan “TraceTogether” proqramı geolokasiya məlumatlarını tələb etmir, məlumat mübadiləsi isə yalnız “Bluetooth” vasitəsilə həyata keçirilir.

 

Nizam Nuriyev




Etiketlər:  Sinqapurda insanlara koronavirusun yayılması ilə mübarizə üçün qurğular paylanılır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ