Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı rəqqasə: “Qızlar evdə qalıb, məni kim alacaq?”

Azərbaycanlı rəqqasə: “Qızlar evdə qalıb, məni kim alacaq?”

Tarix: 30 Iyun 2020 13:35

Azərbaycanlı rəqqasə Renka şəxsi həyatından danışıb.

Sonxeber.net lent.az-a istinadla bildirir ki, açıqlama verən rəqqasə bildirib ki, qadın kimi xoşbəxt deyil:

"Bir evdar qadın kimi xoşbəxt deyiləm. Bəzən istəyirəm ki, mən də evimdə xanım olum. Güclü olmaqdan yorulmuşam. Uşaqlarıma tək özüm baxıram. Yaxşı ki, bacım da var. O, mənə dəstək olur.

Anam, atam məni dəstəkləyir. Bəzən oğlumla dil tapa bilmirəm, o zaman çox ağlayıram. O zaman düşünürəm ki, atasız uşaq böyütmək çox çətindir".

Rəqqasə daha sonra bildirib ki, yenidən ailə qurmayacaq:

"Gül kimi qızlar evdə qalıb, məni kim alacaq? Niyə ailə qurmaq sualını mənə çox verirlər? Heç vaxt ərə getmərəm. Uşaqlarım var".


Etiketlər:  Azərbaycanlı rəqqasə Qızlar evdə qalıb məni alacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ