Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə müalicə olunan COVİD-19 xəstələri dərmanlarla təmin olunacaq - RƏSMİ

Evdə müalicə olunan COVİD-19 xəstələri dərmanlarla təmin olunacaq - RƏSMİ

Tarix: 30 Iyun 2020 18:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Evdə müalicə olunan COVİD-19 xəstələrinə dərmanların poliklinikalar vasitəsilə çatdırılması nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyinin Aparat rəhbəri Eldar Zeynalov deyib.

Onun sözlərinə görə, bu dərmanlar qeydiyyatda olan xəstələrə veriləcək.

E.Zeynalov bildirib ki, ev şəraitində müalicə edilən xəstələrin dərman təminatı məsələsi həll olunacaq.
ev şəraitində müalicə edilənlər COVİD-19-a yoluxan, ancaq simptomsuz olan və yüngül əlamətləri, toksik dərmanlarla müalicəyə ehtiyacı olmayan xəstələrdir.

Nazirlik rəsmisi əlavə edib ki, evdə müşahidə altında saxlanılan şəxslərin immun sistemini gücləndirən yüngül dərmanlarla, əsasən, vitaminlərlə müalicəsi nəzərdə tutulur.

O, virusa yoluxmuş şəxslərin apteklərə getməsinin yolverilməz olduğunu söyləyib.


Etiketlər:  Evdə müalicə olunan COVİD xəstələri dərmanlarla təmin olunacaq RƏSMİ


RƏYLƏR