Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Roy Kin millimizin baş məşqçisi ola bilər

Roy Kin millimizin baş məşqçisi ola bilər

Tarix: 30 Iyun 2020 20:22

"Mançester Yunayted"in sabiq kapitanı Roy Kin millimizin baş məşqçisi təyin oluna bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ona Millətlər Liqasında yığmanın baş məşqçisi olmaq təklif olunub.

Xəbərdə Millətlər Liqasında C qrupunda yer alan Azərbaycan millisinin qrupdan çıxmaq şansının olduğu vurğulanıb.

Nəşr yazıb ki, Roy Kinə göndərilən şərtlər cəlbedicidir və o, bunun doğru seçim olduğunə əmin olacağı təqdirdə, yığmada işləməyə razı ola bilər. R.Kinin 48 saat ərzində cavab verməli olduğu bildirilib.

AFFA-ya yaxım mənbə təsdiqləyib ki, Kin Azərbaycan millisi üçün ən yaxşı seçimdir. Ancaq onlar tezliklə bir qərar verilməsini gözləyirlər.

Qeyd edək ki, R.Kin hazırda televiziyaların birində ekspert kimi işləyir. O, "Sanderlend" və "İpsviç Taun"da baş məşqçi kimi çalışıb. 48 yaşlı mütəxəssis İrlandiya millisində, "Aston Villa" və "Nottinqem Forest"də isə baş məşqçi köməkçisi olub.

Milli.Az


Etiketlər:  Roy Kin millimizin baş məşqçisi ola bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ